BOT.AZ PROQRAM TƏMİNATININ İSTİFADƏ QAYDALARI

Siz, bu Qaydaları oxuyaraq, onlarla tanış olur, bu Qaydaları anladığınızı, tam və qeyd-şərtsiz olaraq onlar ilə razılaşdığınızı, bu qaydalar ilə təsbit olunan bizim ümumi ofertamızı “Qəbul edirəm” düyməsini sıxaraq qəbul etdiyinizi bəyan və təsdiq edirsiniz.

ANLAYIŞLAR:

Bu qaydalarda başqa hal nəzərdə tutulmayıbsa, sadalanan anlayışlar və onların mənası aşağıdakı kimidir:

Cubics və ya biz: Bot.Az-ın mülkiyyətçisi olan “Cubics Technology" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2004029851)

Bot.Az: özündə saytınızın ziyarətçiləri ilə əlaqə qurulması, həmçinin, ziyarətçilərlə bağlı məlumatları, onlar haqqında qeydləri, operatorlarınız haqda məlumatları, onların fəaliyyətini, ziyarətçilərlə yazışmalarını, fayl və sənədləri ehtiva edən proqram təminatı və digər xidmətlər paketidir

İstifadəçi, operator və ya siz: dedikdə, Bot.Az-a qoşulmuş və təqdim olunmuş xidmətlərdən bəhrələnən hər bir istifadəçi nəzərdə tutulur

Fərdi məlumatlar: şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat

İnternet səhifəsi: www.bot.az

Mobil tətbiq (əlavə): Bot.Az adı altında App Store və Play Marketdən yüklənmiş mobil əlavə

Qeydiyyat: Şəxsi məlumatları daxil edərək və bu qaydalar ilə razılaşaraq, Bot.Az sistemindən istifadəyə imkan verən qeydiyyat prosesi

Profil: sizin barədə bütün məlumatları əks etdirən və Bot.Az-dan istifadə etməyə imkan yaradan profiliniz

Hesab: sizin tərəfinizdən Bot.Az-a dair ödənişlər etməyə şərait yaradan elektron sistem

Tarif: Bot.Az-dan istifadəyə görə müstəsna olaraq biz tərəfdən müəyyən olunan ödəniş məbləğləri və üsulları

NƏ BARƏDƏ

Bu Qaydalar Bot.Az-dan istifadə qaydalarını və şərtlərini müəyyən edir, sizinlə bizim aramızda olan hüquqi münasibətləri tənzimləyir və bizim məhsullar ilə əlaqəli olan bir sıra suallarınızı cavablandırır.

BOT.AZ-dan İSTİFADƏ QAYDALARI

Qeydiyyat.

Bot.Az-dan istifadə etmək üçün ilk öncə siz internet səhifəmiz və ya mobil tətbiq vasitəsi ilə qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan sonra sizin üçün fərdi profil və hesab yaradılacaq və siz müstəqil olaraq profilinizə məlumatları əlavə edə və hesaba girişi idarə edə bilərsiniz. Hesabınızdakı istifadəçilərin sayı sizin lisenziyanızın növü əsasında müəyyən edilir.

Qeydiyyat zamanı təqdim olunan məlumatların dolğunluğunu və mütəmadi olaraq yenilənməsi öhdəliyini siz daşıyırsınız. Əgər yanlış məlumat vermiş olsanız və ya verilən məlumatların tamamlanmamış və ya etibarsız hesab edilməsinə əsas varsa, Cubics profilinizi öz qərarı ilə məhdudlaşdırmaq, silmək və/və ya həmçinin Bot.Az-dan istifadənizi qadağan etmək hüququna malikdir.

Loqin və şifrə.

Daxil olduğunuz zaman siz loqin və şifrə sahibi olacaqsınız. Loqin qismində qeydiyyat zamanı daxil etdiyiniz elektron poçt ünvanı istifadə olunur. Biz müəyyən loqinlərin istifadəsini qadağan edə, həmçinin giriş və şifrə (uzunluq, qüvvədə olan simvollar və s.) üçün tələblər qoya bilərik.

LOQİN VƏ ŞİFRƏNİZ MÜHÜM VƏ MƏXFİ MƏLUMATDIR. ONUN MƏXFİ SAXLANILMASI ÖHDƏLİYİ SİZİN ÜZƏRİNİZDƏDİR. SİZ BOT.AZ-DAN İSTIFADƏ EDƏRƏK ÖZ HƏRƏKƏT/HƏRƏKƏTSİZLİKLƏRİNİZƏ (ONLARIN NƏTİCƏLƏRİNƏ) GÖRƏ, HƏR HANSI ŞƏRTLƏRLƏ ÜÇÜNCÜ ŞƏXSLƏRİN PROFİLİNƏ DAXİL OLMAQ (HƏMÇİNİN MÜQAVİLƏ VƏ YA RAZILAŞMA OLDUĞU HALDA BELƏ) ÜÇÜN MƏLUMATLARIN MƏXFİLİYİNƏ RİAYƏT EDILMƏMƏSİNƏ GÖRƏ MÜSTƏQİL ŞƏKİLDƏ CAVABDEHLİK DAŞIYIRSINIZ.

Siz profilinizə girişin məhdudlaşdırıldığını və/və ya şifrənizin konfidensiallığının pozulduğunu güman etsəniz, bu barədə bizi dərhal xəbərdar etməlisiniz. Sizin cəld reaksiyanız təhlükəsizlik tədbirlərimizin səmərəliliyini dəfələrlə artırır. Həmçinin, təhlükəsizlik tədbiri olaraq, Bot.Az ilə işin hər bir sessiyasının sonunda öz profilinizdən müstəqil şəkildə çıxışı (“çıxış” düyməsi vasitəsilə) həyata keçirməyiniz tövsiyə olunur. Əks halda, Cubics məlumatların itirilməsinə, həmçinin, baş verə biləcək istənilən xarakterli digər arzu olunmaz nəticələrə görə məsuliyyət daşımır.

Profilin silinməsi.

Bu qaydaların şərtlərini pozmamağınızı israrla tövsiyə edirik. Pozduğunuz halda, biz müstəsna səlahiyyətlərimizdən istifadə edərək, bütün məzmun daxil olmaqla, səbəbləri göstərmədən, sizin profilinizi blok edib, silmək məcburiyyətində olacağıq. Həmin vaxtdan, hər hansı profil məlumatının bərpası, ondan istifadə və ya profildən istifadənin bərpası mümkün olmayacaq.

ÖDƏNİŞLƏR

Biz Bot.Az-dan istifadəni yalnız bir operator üçün pulsuz təqdim edirik. Ödənişlər bizim saytımızda yerləşdirilən tarif planımıza və ödəniş şərtlərimizə müvafiq olaraq aparılmalıdır. Tarif planımızın dəyişdirilməsi, ona əlavələr edilməsi və ya xidmətlərimizə görə ödəniş almamaq bizim müstəsna hüququmuzdur və siz bu hüququmuzla qeyd şərtsiz razılaşırsınız. Sizə uyğun olan tarif planını seçərək, ödəniş etmək öhdəliyini siz öz üzərinizə götürürsünüz. Ödənişləri vaxtında və tam şəkildə yerinə yetirdiyiniz üçün təşəkkür edirik. Ödənişlərdə gecikmələr və ya natamam ödəniş olduğu halda bu, qaydaların pozulması kimi qəbul olunacaq və Bot.Az-dan istifadə hüquqlarınızı məhdudlaşdırmaq və/və ya profilin silinməsi bəndini tətbiq etmək məcburiyyətində olacağıq.

Ödənişləri İnternet səhifəmiz üzərindən, bank kartları (VISA / MasterCard və digərləri) vasitəsi ilə də icra edə bilərsiniz.

Sizin ödəniş qabiliyyətinizin yoxlanılması üçün, sizdən ödəmə bank kartının qeydiyyata alınması xahiş oluna bilər. Siz kartınızı qeydə alaraq birmənalı və qeyd-şərtsiz bizə kartınızda olan məbləğin və kartınızın qüvvədə olub-olmamasını yoxlamaq, habelə sizin seçdiyiniz tarif üzrə məbləğin hamısını və ya bir qismini tutmaq səlahiyyətimizlə razılaşırsınız.

Siz həmçinin seçilmiş tarif üzrə güzəştli və ya güzəştsiz şərtlər ilə qabaqcadan ödəniş edə bilərsiniz. Bu halda debet şəklində ödənilmiş məbləğ sizin hesabınıza oturur.

Əgər ödənişləri vaxtaşırı etmək istəsəniz, bunu biz tərəfdən aylıq olaraq göndərilən elektron hesablara (invoice) müvafiq olaraq edə bilərsiniz.

Əgər əməkdaşlığımızı vaxtından əvvəl ləğv etmək qərarına gəlsəniz, bu halda artıq ödənilmiş məbləğin qaytarılıb-qaytarılmaması seçilmiş tarifiniz əsasında həyata keçiriləcək.

BİZİM ƏQLİ VƏ DİGƏR HÜQUQLARIMIZIN QORUNMASI.

Bot.Az və digər proqram təminatlarımıza dair hüquqlar bizə, yəni “Cubics Technology” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN 2004029851) məxsusdur. Biz bu qaydalarda ifadə edilmiş və ya edilməmiş bütün hüquqlarımızı özümüzdə saxlayırıq. Nəzərə alın ki, bizim Bot.Az və digər istənilən proqram təminatlarımız üzrə müəllif və digər əqli mülkiyyət hüquqlarımız qanunla və müvafiq beynəlxalq sazişlərlə qorunur. Biz və ya bizim təchizatçılarımız Bot.Az və digər proqram təminatlarımızda əks olunan ad, müəllif hüququ, əqli mülkiyyət və digər hüquqlara sahibik. Bu qaydalar ilə razılaşmaqla Siz yalnız Bot.Az-dan istifadə hüququ əldə edirsiniz; Bot.Az satılmır.

SİZİN HÜQUQLARINIZIN MƏHDUDLAŞDIRLMASI.

Proqram təminatını yenidən yarada, tərkib hissələrinə ayıra, sökə və ya proqram təminatının mənbə kodu və ya alqoritmlərini aşkarlamağa çalışa (bu məhdudiyyətə baxmayaraq, yalnız müvafiq qanunvericiliyə əsasən verilən icazə istisna olmaqla) və ya proqram təminatının hər hansı xüsusiyyətlərini dəyişə, yararsız hala salmaq məqsədi ilə ona hücum və ya qeyri-aktiv edə və proqram təminatından başqa işlər yaratmaq üçün istifadə edə bilməzsiniz. Siz, proqram təminatını icarə və ya borc vermək, ona yenidən lisenziya vermək və ya proqram təminatından ticari məqsədlə paylaşma xidmətləri təqdim etmək səlahiyyətinə malik deyilsiniz.

ƏLAVƏ ÖHDƏLİKLƏRİNİZ.

Siz Bot.Az-dan istifadə etməklə spam xarakterli göndərmələri həyata keçirməyəcəksiniz. Hər hansı məlumatların onları alan şəxslərin razılığı ilə göndərilməsi Spam sayılmayacaq.

Siz Bot.Az-dan yalnız qanuni məqsədlər üçün istifadə etmək öhdəliyini öz üzərinizə götürürsünüz.

Hesab və profiliniz saxlanılmasına dair siz özünüz şəxsən öhdəlik daşıyırsınız. Cubics, profildə yerləşdirilən və/və ya Bot.Az sistemi ilə ötürülən məlumatlar üzrə ibtidai araşdırma və yoxlamaları aparmır. Bu məlumatların və Bot.Az-dan istifadə məqsədlərinizin qanuniliyinə, mənəviyyat və ümumi qəbul olunmuş etik normalara uyğun olmasına dair məsuliyyət yalnız sizin üzərinizdədir. Biz, öz növbəmizdə hər hansı qeyri-qanuni, qeyri-etik hərəkətləri və istifadəni müşahidə etsək, heç bir əlavə bildiriş göndərmədən Bot.Az-dan istifadə hüququnuzu məhdulaşdıra və profilinizi heç bir məbləğ geri qaytarmadan ləğv edə bilərik.

Bot.Az-dan istifadə edərkən siz birmənalı və qeyd-şərtsiz razılaşırsınız ki, Bot.Az-ın rabitə imkanlarından və ya sistemə inteqrasiya edilə biləcək podratçı şirkətlərin xidmətlərindən istifadə edərək siz Azərbaycan Respublikasının telekommunikasiya qanunvericiliyi və qaydalarına riayət edəcəksiniz. Qeydiyyatdan keçməyən, xarici ölkələrin GSM nömrələrindən və/və ya digər qadağan olunmuş vasitə və qurğulardan istifadə etməyəcəksiniz, dolayı yol ilə sistemin məhdudiyyətlərini aşaraq xidmətlərdən yararlanmayacaqsınız. Hər hansı qeyri-qanuni əməlinizə görə siz birbaşa olaraq özünüz məsuliyyət daşıyacaqsınız və Cubics-i, onun işçilərini, təsisçilərini, əlaqəli şəxslərini, podratçılarını və Cubics-ə aid olan bütün digər şəxsləri hər hansı ittiham, iddia və risklərdən qoruyacaqsınız və təhlükə altında qoymayacaqsınız.

MƏLUMATLARDAN İSTİFADƏYƏ RAZILIQ.

MÜHÜM MƏLUMAT. DİQQƏTLƏ OXUYUN:

Bot.Az-dan istifadə edərək siz öz fərdi məlumatlarınızı bizim serverimizə ötürürsünüz. Biz, öz növbəmizdə, fərdi məlumatların mühafizəsinə dair qanunvericilik tələblərinə riayət edərək, fərdi məlumatların ötürülməsini və işlənilməsini həyata keçirik.

Fərdi məlumatların ötürülməsinin təhlükəsizliyini təmin olunması üçün açarın uzunluğu 256 bit olan şifrələmə sistemindən istifadə edirik.

Bot.Az və ya bizim digər proqram təminatlarımızdan istifadə zamanı SİZ BİRMƏNALI VƏ QEYD ŞƏRTSİZ FƏRDİ MƏLUMATLARINIZIN İŞLƏNİLMƏSİNƏ (FƏRDİ MƏLUMATLARIN YAZILMASI, SİSTEMLƏŞDİRİLMƏSİ, TƏZƏLƏNMƏSİ, DƏYİŞDİRİLMƏSİ, ÇIXARILMASI, ADSIZLAŞDIRILMASI, SAXLANILMASI, ÖTÜRÜLMƏSİ, MƏHV EDİLMƏSİ) İCAZƏ VERİRSİNİZ. Sizin məlumatlarınız xarici ölkələrdə yerləşən “buludlar”da yerləşdiriləcək. BUNUN İLƏ ƏLAQƏDAR OLARAQ, SİZ BİRMƏNALI VƏ QEYD ŞƏRTSİZ FƏRDİ MƏLUMATLARIN TRANSSƏRHƏD ÖTÜRÜLMƏSİNƏ VƏ XARİCİ ÖLKƏLƏRDƏ YERLƏŞƏN BULUDLARDA YERLƏŞDİRİLMƏSİNƏ, İŞLƏNİLMƏSİNƏ VƏ SAXLANILMASINA RAZILIQ VERİRSİNİZ.

ZƏMANƏTDƏN İMTİNA.

BİZ TƏRƏFDƏN BOT.AZ VƏ BÜTÜN DİGƏR PROQRAM TƏMİNATLARI “OLDUĞU KİMİ”, “MÖVCUD OLDUĞU HALDA” VƏ BİZ TƏRƏFDƏN HƏR HANSI BİRBAŞA VƏ YA DOLAYI ZƏMANƏT VERİLMƏDƏN TƏQDİM EDİLİR. MÜVAFİQ QANUNVERİCİLİK ÇƏRÇİVƏSİNDƏ BİZ BÜTÜN BİRBAŞA, DOLAYI VƏ YA İCBARİ, HƏMÇİNİN, BUNUNLA MƏHDUDLAŞMADAN, SATIŞA ÇIXARILMAĞA, QƏNAƏTBƏXŞ KEYFİYYƏT VƏ YA USTALIQLA HAZIRLANMA, XÜSUSİ MƏQSƏDƏ YARARLILIQ, ETİBARLILIQ VƏ YA MÖVCUDLUQ, DƏQİQLİK, VİRUSLARIN OLMAMASI, ÜÇÜNCÜ TƏRƏFİN HÜQUQLARININ VƏ YA DİGƏR HÜQUQLARIN POZULMAMASINA DAİR ZƏMANƏTLƏRDƏN İMTİNA EDİRİK. BƏZİ QANUNVERİCİLİKLƏR DOLAYI ZƏMANƏTLƏRİN İCRASINA VƏ YA MƏHDUDLAŞDIRILMASINA İCAZƏ VERMİR VƏ BU SƏBƏBDƏN YUXARIDAKI MƏHDUDİYYƏTLƏR SİZƏ TƏTBİQ OLUNMAYA BİLƏR. BİZ VƏ YA BİZİMLƏ ƏLAQƏLİ OLAN ŞƏXSLƏR TƏRƏFİNDƏN SİZƏ VERİLMİŞ HƏR HANSI ŞİFAHİ VƏ YA YAZILI MƏLUMAT VƏ YA TÖVSİYƏ BİZİM BOT.AZ-A DAİR ZƏMANƏT VERİLMƏSİNƏ DAİR İMTİNA BİLDİRİŞİNİ DƏYİŞMİR VƏ YA BİZ TƏRƏFDƏN SİZƏ HƏR HANSI ZƏMANƏT VERMİR.

MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI.

BİZ, BOT.AZ VƏ YA DİGƏR BİZİM PROQRAM TƏMİNATINDAN İSTİFADƏ NƏTİCƏSİNDƏ VƏ YA ONUNLA BAĞLI VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏ NƏTİCƏSİNDƏ YARANMIŞ, HƏMÇİNİN, BUNUNLA MƏHDUDLAŞMADAN, XƏTALAR NƏTİCƏSİNDƏ VƏ YA ONUNLA BAĞLI YARANMIŞ ZƏRƏRLƏR, ÇATIŞMAZLIQLAR, MÜDAXİLƏLƏR, NÖQSANLAR, ƏMƏLİYYATDA VƏ YA ÖTÜRMƏDƏ LƏNGİMƏLƏR, KOMPÜTER VİRUSU, QOŞULA BİLMƏMƏK, ŞƏBƏKƏ TARİFLƏRİ, PROQRAMDAXİLİ SATINALMALAR VƏ BÜTÜN DİGƏR BİRBAŞA, DOLAYI, XÜSUSİ, TƏSADÜFİ, NÜMUNƏ VƏ YA NƏTİCƏ ETİBARİLƏ YARANMIŞ HƏR HANSI ZƏRƏRƏ GÖRƏ, HƏTTA BİZƏ BELƏ ZƏRƏRLƏRİN OLMA EHTİMALINA DAİR MƏLUMAT VERİLSƏ BELƏ, MƏSULİYYƏT DAŞIMIRIQ. BƏZİ QANUNVERİCİLİKLƏR TƏSADÜFİ VƏ YA BİRBAŞA ZƏRƏRLƏRİN MƏHDUDLAŞDIRILMASI VƏ YA İSTİSNA EDİLMƏSİNƏ İCAZƏ VERMƏYƏ BİLƏR. BU HALDA YUXARIDAKI MƏHDUDİYYƏT VƏ YA İSTİSNALAR SİZƏ TƏTBİQ OLUNMUR. YUXARIDA QEYD EDİLƏNLƏRƏ BAXMAYARAQ BOT.AZ-DAN VƏ YA BİZİM DİGƏR PROQRAM TƏMİNATIMIZDAN İSTİFADƏ ETMƏNİZ NƏTİCƏSİNDƏ SİZƏ DƏYMİŞ ZƏRƏRƏ GÖRƏ, HƏR HANSI İTKİLƏRİNİZƏ VƏ YA İDDİALARINIZA GÖRƏ BİZİM MADDİ MƏSULİYYƏTİMİZİN HƏCMİ SİZİN BOT.AZ ÜÇÜN ÖDƏDİYİNİZ MƏBLƏĞİN HƏCMİNDƏN ÇOX OLA BİLMƏZ. QEYD EDİLƏN MADDİ MƏSULİYYƏTƏ GÖRƏ MƏHDUDİYYƏT, QANUNVERİCİLİYİN NORMALARINA UYĞUN OLMADIĞI TƏQDİRDƏ, HƏMİN MƏSƏLƏNİN HƏLLİ İLƏ ƏLAQƏDAR MADDİ MƏSULİYYƏTİN HƏCMİ TƏTBİQ OLUNACAQ QANUNVERİCİLİK NORMALARININ ƏN YUXARI HƏDDİNDƏN ARTIQ OLA BİLMƏZ.

PROQRAM TƏMİNATI YENİLƏNMƏLƏRİ.

Biz Bot.Az-ın daimi işlək vəziyyətdə olması və sizə keyfiyyətli xidmətlərin göstərilməsi üçün Bot.Az-da və digər məhsullarımızda mütəmadi olaraq yeniləmələr, təkmilləşmələr, əlavələr və qoşma komponentlər (mövcud olarsa), həmçinin xətaların həlli, xidmət təkmilləşmələri (qismən və ya bütövlükdə), Bot.Az-ın ilkin versiyasını əldə etdikdən sonra proqram təminatını yaxşılaşdırmaq və Bot.Az istifadəçi təcrübənizi təkmilləşdirmək üçün daha əvvəl quraşdırılmış hər hansı proqram təminatı üçün yeniləmələr və yaxşılaşdırmalar (tamamilə yeni versiyalar daxil olmaqla) edə bilərik. Bu qayda, biz tərəfdən sizə təmin edilən və ya proqram təminatının ilkin nüsxəsi əldə edildikdən sonra sizə təqdim edilən bütün və istənilən yeniləmələrə tətbiq olunur. Belə yeniləmə ilə başqa şərtlər təqdim edilərsə, həmin şərtlər tətbiq edilir. Yeniləmə vasitəsilə təqdim edilmiş proqram təminatından istifadə etmək üçün siz əvvəlcə biz tərəfimizdən müəyyən olunmuş Bot.Az və ya digər proqram təminatının yeniləməsi üçün lisenziya verilməsinə məqbul olmalısınız. Yenilənmiş proqram təminatı versiyası yeni funksiyalar əlavə edə və bəzi məhdud hallarda mövcud funksiyaları silə bilər.

PROQRAM TƏMİNATININ ÜÇÜNCÜ TƏRƏFƏ VERİLMƏSİ.

Siz Bot.Az və ya onunla bağlı digər proqram təminatlarımız üzrə sizə verilmiş hüquqlarınızı üçüncü tərəfə ötürə bilməzsiniz. Proqram təminatının ötürülməsini təslimat kimi dolayı ötürülmə vasitəsilə də edə bilməzsiniz.

TƏTBİQ OLUNAN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ.

Bu qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun təfsir olunurlar. Bu qaydalardan irəli gələn, Bot.Az və ya onunla bağlı olan bütün mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə, Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.

BİZİMLƏ ƏLAQƏ:

Azərbaycan, Bakı, Nobel pr. 15, AZ 1025

Azure Biznes Mərkəzi, 8-ci mərtəbə, 43-cü ofis.

Tel: +994 12 480 15 74